TƏKLİF: Marixuana leqallaşdırılsın
Bizi izləyin

Dünya

TƏKLİF: Marixuana leqallaşdırılsın

Gürcüstanın “Qirçi" müxalifət partiyası ölkədə şəxsi ehtiyaclar üçün marixuananın leqallaşdırılmasını tələb edir.

Gürcüstanın “Qirçi" müxalifət partiyası ölkədə şəxsi ehtiyaclar üçün marixuananın leqallaşdırılmasını tələb edir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda partiyanın lideri Zurab Çaparidze bildirib.

“Partiyamız Gürcüstanda narkosiyasətin dəyişikliyi üçün mübarizə aparır. Biz bunun üçün indiki parlamentdə bütün mümkün alətlərdən istifadə etdik, amma parlament əksəriyyətinin əks iradəsi ilə qarşılaşdıq. Qanunvericilik Gürcüstanda on minlərlə insanın qurban olmasına gətirib çıxardı”, - partiya lideri deyib.

O, xatırladıb ki, gürcü qanunvericiliyi üzrə marixuananın istifadəsinə görə beş il müddətinə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulub.

“Biz gələcək parlamentə və hökumətə müraciət edirik: qanunvericiliyi dəyişdirmək, şəxsi məqsədlər üçün marixuananı leqallaşdırmaq lazımdır. Əgər hakimiyyət Yeni ilə kimi bizim tələblərimizə reaksiya verməsə, bizimlə birlikdə olan istənilən telekanalın birbaşa yayımında Yeni il öncəsi bir dəqiqə ərzində partiyamızın ofisində həddi-büluğa çatmış, bizi dəstəkləyənlərlə birlikdə marixuana əkəcəyik”, - Çaparidze bildirib.

Siyasətçi qeyd edib ki, öz tərəfdarları ilə bu addımı qəsdən atır: “Çünki gürcü qanunvericiliyinə görə marixuananın becərilməsi 6 ildən 12 ilə qədər cəza nəzərdə tutur. Biz bu addıma gedəcəyik, çünki bizim üçün başqa yol qoymadılar”.

“Qirçi” partiyası 2015-ci ilin noyabrında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkatı” tərk etmiş deputatlar qrupu tərəfindən yaradılıb. Partiya oktyabr ayında keçirilən parlament seçkilərində iştirak etməyə hazırlaşsa da, sonradan geri çəkilib.

Qeyri-rəsmi məlumatlara əsasən, ölkənin 3,73 milyon əhalisindən 100 mindən 200 minə qədəri marixuana istehlakçısıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm