Qərbi məhv edəcək YEDDİ ADAM
Bizi izləyin

Dünya

Qərbi məhv edəcək YEDDİ ADAM

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə qazanması Avropada sağçıları sevindirib.

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə qazanması Avropada sağçıları sevindirib. Təsadüfi deyil ki, Trampı Avropada ilk təbrik edən siyasətçi Fransanın ifrat sağçı – “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen olub.

Publika.az “The Independent” nəşrinə istinadən Avropa ölkələrində 2017-ci ildə seçkilərlə hakimiyyətə gələcəyinə ümid edən “radikal sağçılar və sentristlər”in siyahısını təqdim edir.

1. Norbert Hofer – Avstriya Azadlıq Partiyasının lideri. O, qaçqın böhranına məntiqli reaksiya kimi vətəndaşlara odlu silah almağı məsləhət görüb. Hofer dekabrın 4-də təkrar prezident seçkilərində Yaşıllar Partiyasının keçmiş üzvü Alexander Van der Bellenlə mübarizə aparacaq. İyulda Van der Bellen Hoferi ən azı 0,5 faiz qabaqlayıb. Azadlıq Partiyası seçkilərinin nəticələrinə etiraz edib.

2. Marine Le Pen - Fransanın “Milli Cəbhə” Partiyasının lideri. O, BBC-yə müsahibəsində bildirib ki, 2017-ci ilin mayında keçiriləcək seçkilərin nəticəsi olaraq Fransa prezidenti olacaq. Partiya liderinin sözlərinə görə, bu, “Qlobal inqilab”ın üçüncü mərhələsi (İlk iki mərhələ “Brexit” və Trampın seçilməsi hesab edilir) olacaq.

Marine Le Pen söz verir ki, Fransa NATO-dan çıxacaq.

3. Qert Vilders Hollandiya Azadlıq Partiyasının lideri. Qert Vilders Trampın qələbəsini “Vətənpərvərlik baharı”nın başlanğıcı adlandırıb. Sosioloji sorğulara görə, onun millətçi partiyası parlament seçkiləri ərəfəsində liderlik edir. Seçkilər 2017-ci ilin martında keçiriləcək.

Vildersin Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) kitabını Qurani-Kərimlə müqayisə etməsi ölkədə sərt reaksiyalar doğurub. Hazırda onu Mərakeş mənşəli hollandiyalılara qarşı nifrət alışdırmaqda ittiham edirlər.

4. Frauke Petri - sağçı “Almaniya üçün alternativlər” partiyasının sədri “2013-cü ildə əsası qoyulan və Avropa İttifaqına qarşı çıxan populist partiya mümkündür ki, XX əsrin 30-cu illərindən sonra Almaniyada sağların ən əhəmiyyətli gücüdür”, -“The Independent” nəşrinin məqaləsində deyilir.

Petri multikulturalizmi “kompost çuxur”la müqayisə edib və bildirib ki, sərhədçilər zəruri olduqda miqrantlara qarşı odlu silahı tətbiq etməlidir. “Almaniya üçün alternativlər”regional seçkilərdə öz mövqelərini möhkəmləndirib və 2017-ci ilin sentyabrında keçiriləcək parlament seçkilərində ciddi güc hesab edilir.

5. Yimmi Okesson – “İsveç demokratları” partiyasının sədri. 2014-cü ildə onun partiyası 29 mandat alaraq parlament seçkilərində üçüncü yeri tutub.

“Okesson beynəlxalq kampaniya üçün mübarizə aparır. Bu kampaniya İsveçə miqrantların axınından qorunmağı, ölkənin Avropa İttifaqının üzvü olmamasını nəzərdə tutur”, - məqalədə deyilir.

6. Andrey Babiç – “Çex Tramp” adlandırılan Çexiyanın maliyyə naziri. Babiç 2011-ci ildə korrupsiyaya qarşı etiraz hərəkatını (ANO) yaradıb və onu 2012-ci ildə rəsmi partiyaya çevirib.

“İkinci Dünya Müharibəsi zamanı qaraçılar üçün həbs düşərgəsinin mövcudluğunu inkar edən Babiç sentyabr ayında buna görə üzv istəməyə məcbur oldu”, - nəşr yazır.

Sosioloji sorğulara görə, ANO 2017-ci ilin oktyabrında keçiriləcək parlament seçkilərində birinci yeri tutacaq.

7. Beppe Qrillo - İtaliyada 2009-cu ildə populist “Beş ulduz hərəkatı”nın əsasını qoyan televiziya komediyaçısı.

Bu hərəkatın tərəfdarları evroskeptizm mövqeyində dayanırlar. 2018-ci ildə İtaliyada parlament seçkilərində Avropa meylli və evroskeptizm qüvvələri arasında ən kəskin mübarizə gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm