ABŞ-da istefalar başladı
Bizi izləyin

Dünya

ABŞ-da istefalar başladı

ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Donald Trampın Ağ Evdə vəzifəyə başlamasına 64 gün qalmış istefa verib.

Donald Trampın prezident seçilməsi ilə ABŞ-da istefalar başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper Donald Trampın Ağ Evdə vəzifəyə başlamasına 64 gün qalmış istefa verib.

“Dünən gecə istefa məktubumu təqdim etdim. Özümü çox yaxşı hiss etdim”, - Klepper deyib.

O, prezident Barak Obama dövründə təyin edilən və istefası gözlənilən yüksək vəzifəli məmurlar arasında istefa verən ilk şəxs olub. Ceyms Klepper 6 ildir Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsini icra edirdi.

ABŞ Hərbi Hava Qüvvələrindən general-leytenant səviyyəsində təqaüdə çıxan Klepper 1992-1995-ci illərdə Müdafiə Kəşfiyyatı Agentliyinin ilk direktoru olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm