Türkiyədə mədən faciəsi – 3 ölü, 16 nəfər torpaq altında - - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə mədən faciəsi – 3 ölü, 16 nəfər torpaq altında - - VİDEO

Şirvan Bələdiyəsi 5 fəhlənin xilas edildiyini, bir fəhlənin meyitinin torpaq altından çıxarıldığını bildirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 3 nəfər həyatını itirib.

Bundan başqa, 16 işçinin, 8 yük maşını və 3 dəzgahın torpaq altında qaldığı bildirilir.

Ədalət və İnkişaf Partiyasının (AKP) Siirtdən olan millət vəkili Yasin Aktay hadisənin yağış səbəbi ilə baş verdiyini və bölgədə torpaq sürüşməsi təhlükəsinin davam etdiyini söyləyib.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım qrupu cəlb edilib.

***

Türkiyənin Siirt əyalətinin Şirvan rayonuna aid Mədən kəndində mis mədənində çöküş əmələ gəlib.

Publika.az Haber7-yə istinadən xəbər verir ki, 10 fəhlə ilə yanaşı 8 yük maşını, 3 iş qurğusu torpaq altında qalıb. İnformasiyaya əsasən, hadisə yerinə təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib.

Şirvan Bələdiyəsi 5 fəhlənin xilas edildiyini, bir fəhlənin meyitinin torpaq altından çıxarıldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm