Rusiya “Hizbullah”ı İsrailə qarşı müharibəyə hazırlayıb - İDDİA
Bizi izləyin

Dünya

Rusiya “Hizbullah”ı İsrailə qarşı müharibəyə hazırlayıb - İDDİA

Amerikalı müşahidəçinin fikrincə, Suriya münaqişəsində iştirak “Hizbullah”a hər şeydən əvvəl yəhudi dövləti ilə yeni müharibəyə hazırlaşmaq üçün lazımdır.

Livanın “Hizbullah” şiə təşkilatı İsrailə qarşı yeni genişmiqyaslı hücuma hazırlaşıb.

Publika.az xəbər verir ki, bu iddia ilə İsrailin “Kursor” nəşri çıxış edib.

Nəşrin yazdığına görə, “Hizbullah” hücum zamanı dağıdıcı gücü olan böyük mənzilli raketlər və döyüşçülərini İsrailin Qaliley regionuna aparan çoxsaylı döyüş tunellərindən istifadə edəcək.

“Qaares” nəşrinin hərbi-siyasi müşahidəçisi Amos Xarelin məlumatına görə, İsrail ordusunun komandanlığı artıq ölkənin şimal sərhəd rayonlarından əhalinin kütləvi təxliyyəsinin planını hazırlayıb. Plana görə, ən azından 78 min nəfər təxliyyə ediləcək.

Amos Xarel vurğulayır ki, “Hizbullah” öz hərbi arsenalını əhəmiyyətli dərəcədə artırıb, Rusiya və İranın hərbi qulluqçuları ilə birlikdə Suriyada unikal döyüş təcrübəsi alıb.

“Rusiyanın Suriyaya müdaxiləsi “Hizbullah” terrorçularının döyüş təcrübəsini zənginləşdirib. Sözsüz ki, İsraillə gələcək müharibənin gedişatında bu təcrübədən istifadə ediləcək”, - hərbi ekspert bildirib.

“Kursor” yazır ki, Rusiya Suriyada hərbi əməliyyatın gedişatında öz silahları və hərbi təchizatına “Hizbullah”ın girişini təmin edib: “Bundan başqa, Suriya müharibəsində iştirakı nəticəsində, Həsən Həsrullahın (“Hizbullah”ın rəhbəri – red.) döyüşçüləri Colan hündürlüklərində möhkəm məskən salıblar və İsrailə qarşı gələcək müharibədə cəbhə xəttini genişləndirmək imkanı əldə etdilər.

“The Washington Times” qəzetinin müşahidəçisi Todd Vud yazır ki, “Hizbullah” bu gün faktiki olaraq İranın piyada ordusunun tərkib hissəsinə çevrilib: “Hizbullah”ın hərbi profili də dəyişib. Bu terror qruplaşması genişmiqyaslı döyüş əməliyyatları, həmçinin müasir mobil müharibənin aparılması təcrübəsini əldə edib. “Hizbullah döyüşçüləri” daha əvvəl İsraillə hərbi münaqişələrin gedişatında “partizan taktikası” ilə lokal əməliyyatlar həyata keçirirdi”.

Amerikalı müşahidəçinin fikrincə, Suriya münaqişəsində iştirak “Hizbullah”a hər şeydən əvvəl yəhudi dövləti ilə yeni müharibəyə hazırlaşmaq üçün lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm