Erməni nazir Poroşenkonun postunu ona verəcək - - VİDEO
Bizi izləyin

Dünya

Erməni nazir Poroşenkonun postunu ona verəcək - - VİDEO

Milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir.

Ukraynanın daxili işlər naziri Arsen Avakov prezident kreslosunu məsləhətçisi İlya Kivaya söz verib.

Publika.az xəbər verir ki, İlya Kiva bu haqda “Skrypin.ua”nın efirində danışıb.

“Mən Milli Polisin başçısı olmağa hazırlaşmıram, çünki mənim qarşımda daha geniş və əhəmiyyətli məsələlər dayanır. Bunları mənim rəhbərliyim müəyyən edib. Hansı məsələlər? Ölkəyə rəhbərlik kimi”, - o deyib.

Təşvişə düşmüş aparıcı Roman Skrıpin “prezident olacaqsınız?” deyə soruşub.

“Məcburidir. Sadəcə hər şeyin öz vaxtı var”, - Kiva cavab verib.

Qeyd edək ki, milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir – red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm