• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Çavuşoğludan erməniyə SƏRT SÖZLƏR: "Qarabağı mənmi işğal etdim?" - VİDEO (YENİLƏNİB)

  • Dünya
  • 19 Noyabr 2016 15:07
  • 1 261 Baxış
Çavuşoğludan erməniyə SƏRT SÖZLƏR: "Qarabağı mənmi işğal etdim?"

Türkiyənin xarici işlər naziri həmçinin erməni deputatının yadına Azərbaycan torpaqlarının işğalını yada salıb: “Sizi dinlədiyimiz zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. Birləşmiş Millətlər Təşkilatının qətnamələrində, sizin üzv olduğunuz Avropa Şurası və ATƏT-in qərarlarında Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyiniz yoxmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Azərbaycan torpaqlarından niyə çəkilmirsiniz? Sizə “Qarabağdan çəkilsəniz sərhədləri açarıq” dedik. Buna etiraz etdiniz. Biz də dedik ki, Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycanın hər məsələsi bizim məsələmizdir. Bu günə qədər qondarma soyqırım yalanını gündəmə gətirirsiniz. Soyqırım iddialarının araşdırılması üçün komissiyanın yaradılması təklifinə Ermənistanın etiraz etdi. Siz yalanı seçirsiniz. Sizdə özünəiman yoxdur. Tutduğumuz, öldürdüyümüz PKK-çıların içində ermənilər də var”.

***

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu İstanbulda təşkil edilən NATO Parlament Assambleyasının 62-ci sessiyasında çıxış edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlunun çıxışından sonra sual-cavab hissəsində söz alan Ermənistan olan millət vəkili Koryun Nahapetyan Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib.

Nahapetyanın Türkiyənin İŞİD-də dəstək verdiyinə ittihamına Çavuşoğlu sərt reaksiya verib.

“Fərqli fikirlərimiz ola bilər. Amma əvvəlcə dürüst olmalısınız. Siyasətçisənsə, daha dürüst olmalısınız. Təəssüf ki, erməni həmkarlarımız heç vaxt dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə söyləyə bilərsiniz? Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusunu öldürüb? Dürüst olmayan bir şəkildə İŞİD-ə dəstək verdiyimizi söyləyirsiniz”, - türkiyəli nazir deyib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR