Dünya
"Trampa vaxt verin"
ABŞ prezidenti Barak Obama Latın Amerikasına və bütün dünyaya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa vaxt verməyə çağırıb.
APA-nın "Reuters"
agentliyinə istinadən verdiyi məlumata görə, Peruda keçirilən
Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammitində çıxış edən B.
Obama deyib ki, D. Trampa bütün məsələləri öyrənmək və onun
administrasiyasının hansı strategiyanı həyata keçirəcəyini müəyyən
etmək üçün gözləmək lazımdır.
B. Obama siyasətçilərin seçkiqabağı kampaniyada bəyan etdiklərinin
çoxunun heç də həmişə onların ölkəni idarə etmək metodları ilə
üst-üstə düşmədiyini vurğulayıb: "ABŞ-da yeni administrasiyanın
səlahiyyətlərinin icrasına başlamasını gözləyin. Bundan sonra yeni
administrasiya ilə beynəlxalq ictimaiyyətin dünyanın rifah
içərisində yaşaması ilə bağlı maraqlarının üst-üstə düşüb-düşmədiyi
barədə nəticə çıxara bilərsiniz".
Qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkilərində
qalib gələn D. Tramp və administrasiyası səlahiyyətlərinin icrasına
2017-ci il yanvarın 20-də başlayacaq.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi