Dünya
Türk nazir erməni millət vəkilinə: “Yazıqlar olsun!”
"Sualınızın bu iclasa heç bir dəxli yoxdur, rədd
edirəm".
APA-nın məlumatına
görə, Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü NATO
Parlamentar Assambleyasının İstanbulda keçirilə 62-ci sessiyasında
PA-nın Ermənistandan olan üzvünün sualına cavab verməyi rədd
edib.
Nazir Özlünün sessiyada Türkiyənin NATO ilə sənaye və texnologiya
sahəsindəki çıxışından sonra ona “Soyqırım”ı qəbul etməyi
düşünürsünüzmü? Azərbaycan aprelin əvvəlində əməliyyatlara başladı,
bizim çox böyük itkilərimiz və zərərimiz var. Sizin
iqtisadiyyatınız böhran vəziyyətində olduğu halda DAEŞ-ə niyə
dəstək verirsiniz?” suallarını əvvəlcə iclasın sədri mövzu ilə
əlaqəsi olmadığına görə rədd edib.
Daha sonra söz alan elm, sənaye və texnologiya naziri Faruk Özlü
isə erməni millət vəkilinə belə cavabı verib :”Biz burada elm,
sənaye və texnologiya barədə danışırıq. Sizin sualınızın bu
məsələlərlə heç bir əlaqəsi olmadığına görə, cavab verməyi rədd
ediriəm. ”Soyqırım” böyük bir yalandır, bu məsələni burada
qaldırmağınız qətiyyən yersizdir. Yazıqlar olsun”.
Nazir Özlüdən sonra söz alan AKP Rizə millət vəkili Osman Aşkın Bak
isə erməni millət vəkilini tənqid edərək deyib :”Siz hər iclasda bu
məsələlər barədə danışırsınız. Elə isə burada söhbət sənaye və
texnologiyadan gedir. Suallarınız tamamilə yersiz olduğu kimi, bizi
kiməsə dəstək verməkdə günahlandırmaqda da haqsızsınız. Biz indiyə
qədər 3500 DAEŞ üzvü öldürmüşük, bəs terrora qarşı siz nə iş
görmüşünüz?”
Nazir Faruk Özlü və AKP millət vəkili Bakın sözlərindən sonra
iclasın sədri başqa iştirakçılara söz verərək onları müzakirə olan
məsələlər barədə danışmağa və sual verməyə dəvət edib.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır