Çavuşoğlu: “Ukraynanın düşdüyü vəziyyətə baxın...”
Bizi izləyin

Dünya

Çavuşoğlu: “Ukraynanın düşdüyü vəziyyətə baxın...”

Nazir Kiyevin Ankara kimi çoxşaxəli siyasət yürüdə bilmədiyini deyib:

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ukraynanın düşdüyü vəziyyəti dəyərləndirib.

Axar.az xəbər verir ki, nazir Kiyevin Ankara kimi çoxşaxəli siyasət yürüdə bilmədiyini deyib:

“Ukraynaya çoxşaxəli siyasət yürütmək imkanı verilmədi. İndi bu ölkənin başına gələnlərə baxın. Ancaq Ukrayna Rusiya və Qərblə münasibətlərdə tarazlıq yarada bilərdi. Kiyev hansı qərarı versəydi, hazırki vəziyyətdən yaxşı olacaqdı”.

Çavuşoğlu Türkiyə vətəndaşlarının vizasın gedə biləcəyi ölkələrin artacağını açıqlayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda Özbəkistan bu siyahıya əlavə olunacaq:

“Biz Özbəkistan vətəndaşları üçün vizanı ləğv etmişik. İndi isə Özbəkistan bizim vətəndaşlar üçün vizanı ləğv edəcək. Bu barədə danışıb razılaşmışıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm