Türkiyəyə qarşı “şeytan üçbucağı” – SON DÖYÜŞ BAŞLAYIR
Bizi izləyin

Dünya

Türkiyəyə qarşı “şeytan üçbucağı” – SON DÖYÜŞ BAŞLAYIR

Suriyada Türkiyəyə qarşı “şeytan üçbucağı” yaradılır.

Suriyada Türkiyəyə qarşı “şeytan üçbucağı” yaradılır.

Publika.az
xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Əl Babın çevrəsində İŞİD-lə yanaşı, PYD/YPG (PKK-nın Suriya qolu), Əsəd gücləri, Hizbullah, şiə milislər, İran və Amerika da var: “Bütün güclərin ortaq hədəfi “Fərat qalxanı” əməliyyatını Əl Babda darmadağın etmək və terror dəhlizini (kürd dəhlizi) Əl Babın cənubunda həyata keçirməkdir”.

Bölgədəki mənbələrin məlumatına görə, sosial mediada fotolar paylaşaraq Münbiçdən çəkildiyini elan edən PYD/YPG Fəratın şərqinə keçmək əvəzinə, Münbiçin cənubuna enir.

“PYD/YPG/PKK ünsürləri Afrin kantonuna doğru irəliləməyin yollarını axtarırlar. Al Kufayr, Al Azrak və Al Ghuzun Azad Suriya Ordusunun əlinə keçməsindən sonra PYD-nin Afrin kantonuna gedən yolu bağlanıb. Buna görə də onlar Əl Babın cənubuna keçərək, Kobani kantonu ilə birləşmək istəyirlər. PYD-nin bir qismi isə Münbiçin cənubuna çəkilərək, Əsədin nəzarətindəki Ayn Əl Baydaya çatmaq və oradan Afrin kontonuna birləşməyi planlaşdırır”,- deyə qəzet yazır.

Bəşər Əsədin də Türkiyə ilə üz-üzə gəlmək istəmədiyi üçün PYD-ni dəstəklədiyi deyilir. Belə ki, o, Suriyanın şimalında Türkiyəyə qarşı yaradılacaq “kürd dəhlizi”ni Türkiyə ilə arasındakı tampon bölgə olaraq görür.

“Bütün bu proseslərə İran və Amerika da dəstək verir”, - deyə qəzet qeyd edir.

Qeyd edək ki, “kürd dəhlizi” Türkiyənin cənubunda, Suriyanın şimalında yaradılması planlaşdırılır. Bu, Şimali İraq Kürd Muxtariyyətindən başlayaraq, Aralıq dənizinə qədər zolağa kürdlərin nəzarət etməsi deməkdir. Əslində, Amerika bu dəhlizi yaradaraq, kürdlərin əli ilə bölgəyə nəzarət etməyi planlaşdırır. Burada əsas hədəf Türkiyədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm