DƏHŞƏTLİ QƏTL: Ata oğullarını yataqda öldürdü, xanımını doğradı, özü isə ... - - FOTO
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ QƏTL: Ata oğullarını yataqda öldürdü, xanımını doğradı, özü isə ... - - FOTO

Aata 2 oğlunu və xanımını yataqda öldürüb, sonra da intihar edib.

Türkiyədə dəhşətli cinayət faktı qeydə alınıb.

Adanada Ali Keklik adlı şəxs 2 oğlunu və xanımını yataqda öldürüb, sonra da intihar edib.

Hadisə Sarıçam mahalındakı 17 nömrəli mənzildə baş verib. Cinayətin üstü qadının iş yoldaşları tərəfindən açılıb.

Kafedə işləyən 37 yaşlı Sibel Keklik cümə günü işə getməyib. Bundan narahat olan iş yoldaşları Sibelin ev telefonuna zəng vurublar. Cavab ala bilməyən yoldaşlar onun evinə gəliblər. İş yoldaşları qapını açan olmadığını gördükdə qonşulara və polisə xəbər veriblər. Hadisə yerinə gələn qohumlar qapını açıblar. Evin hər tərəfinin qan içində olduğunu görənlər dəhşətə gəliblər.

Polis araşdırma aparıb. Məlum olub ki, kişi əvvəlcə iki oğlunu odun parçası ilə öldürüb, xanımını isə doğrayıb. Ali Keklik cinayəti ailəsi yuxuda olan zaman törədib. O, ailəsini öldürdükdən sonra paltarlarını dəyişib, qohumların yanına gələrək onlarla sağollaşıb. Yenidən evə qayıdan kişi özünü asıb.

Qohumların dediyinə görə, xanımını və uşaqlarını öldürən ata əvvəllər tez-tez "Evi satıb kəndə getmirlər. Qətliam törədəcəm. Onları da öldürəcəm, özümü də. Bu evi onlara məzar edəcəm" deyirdi. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm