Tramp seçilməmişdən öncə Ərdoğanla nə haqda danışıb? – GİZLİ MESAJ
Bizi izləyin

Dünya

Tramp seçilməmişdən öncə Ərdoğanla nə haqda danışıb? – GİZLİ MESAJ

ABŞ-da prezident seçkilərindən öncə Ankaradan Donald Tramp və komandasına bir mesaj göndərilib.

ABŞ-da prezident seçkilərindən öncə Ankaradan Donald Tramp və komandasına bir mesaj göndərilib.

Publika.az
xəbər verir ki, bu barədə türkiyəli jurnalist Mehmet Acet köşə yazısında yazıb.

Yazarın sözlərinə görə, Ərdoğanın mesajı Trampa bir iş adamı vasitəsilə çatdırılıb.

M.Acet bu barədə məlumatları adını açıqlamadığı dövlət rəsmisindən aldığını qeyd edib.

“Əlaqələr seçkidən öncə qurulub. Ankaranın münasibətlərdə yaranmış böhranla bağlı fikirləri, həmçinin Türkiyəni narahat edilən məsələlərlə bağlı mesajı Trampa çatdırılıb. Bu əlaqələr adı indi də gizli saxlanılan bir iş adamı vasitəsilə yaradılıb. Həmin iş adamı Türkiyədə tanınan şəxsdir, Ərdoğan və AKP ilə münasibətləri zaman-zaman enişli-yoxuşlu olan bir qrupun rəhbəridir. Bu təmaslar zamanı Trampın komandasından biri “Ərdoğanı dəstəkləyirik” deyib”, - deyə yazar bildirib.

Yazar sonda vurğulayıb ki, Amerika-Türkiyə münasibəti Obama dövründən daha yaxşı olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm