Moskvadan ABŞ-a TƏHDİD: “Bu raketlər müdafiə sisteminizi məhv edəcək”
Bizi izləyin

Dünya

Moskvadan ABŞ-a TƏHDİD: “Bu raketlər müdafiə sisteminizi məhv edəcək”

Bu raketlər ABŞ-ın Avropadakı hava hücumundan müdafiə sisteminin öhdəsindən gəlməyə qadirdir

Avropada Amerikanın raket əleyhinə müdafiə sisteminin genişlənməsinə cavab olaraq Rusiya qərb istiqamətində hava-kosmik müdafiə sistemini gücləndirməyə məcbur olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov deyib.

“Buna Kalininqradda S-400 zenit-raket kompleksləri və “İskəndər” raketlərinin yerləşdirilməsi, həmçinin Qərb və Cənub hərbi dairələrində yeni birləşmələrin yaradılması daxildir”, - senator qeyd edib.

O, bildirib ki, Rusiyanın əsas narahatlığı Amerikanın raket əleyhinə müdafiə sisteminin qısa müddətə zərbə silahlarının yerləşdirilməsi üçün yenidən qurula, xüsusi halda, yerüstü qanadlı raketlərlə təhciz edilə bilməsidir.

“Bu gün sözügedən qorxular təsdiq edilir”, - Ozerov bildirib.

Ozerov əlavə edib ki, silahlanmanın genişləndirilməsi ABŞ-ın hərəkətlərinə simmetrik cavab olardı. Onun sözlərinə görə, Rusiya vəziyyəti daim izləyir və cavab verməyə hazırdır: “Bundan başqa, biz hərbi hava güclərimizi təkmilləşdirdiyimizi gizlətmirik. “Yer-hava” və “hava-yer” sinfindən olan raketlərinin yeni və müasir növlərini hazırlayırıq. Bu raketlər ABŞ-ın Avropadakı hava hücumundan müdafiə sisteminin öhdəsindən gəlməyə qadirdir”.

Qeyd edək ki, bu ilin mayında Rumınıyanın Deveselu şəhərində “Aegis Ashore” obyektinin tikintisi başa çatıb. Daha bir obyekt Polşada 2018-ci ilin ildə istifadəyə veriləcək. Hərbi obyektlər Amerika raketdən müdafiə sisteminin tərkibinə daxil olacaq.

Moskvada dəfələrlə bildiriblər ki, raket əleyhinə müdafiə sisteminin genişləndirilməsi üzrə ABŞ və NATO-nun hərəkətləri Rusiyanın milli təhlükəsizliyi üçün təhdid yaradır və regionda strateji sabitliyi poza bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm