SOS: “Bir azdan insan əti yeyəcəyik”
Bizi izləyin

Dünya

SOS: “Bir azdan insan əti yeyəcəyik”

Sakinlər qorxu içindədir.

ABŞ başda olmaqla koalisiya qüvvələrinin Mosulu İŞİD-dən təmizləmə əməliyyatı şəhərdə əsil humanitar fəlakətə səbəb olub.

Publika.az
xəbər verir ki, indiyə qədər 100 minə yaxın mülki vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Şimali İraq Kürd Muxtariyyətinə yaxın olan “Rudav” nəşri silahlı toqquşmaların daha çox olduğu şəhərətrafı məhəllələrdə böyük qıtlığın yaşandığı haqda xəbər yayıb.

Sədam məhəlləsi olaraq tanınan Zəhra məhəlləsindəki evlərdə çörək qalmayıb, ərzaq tükənib. Sakinlər qorxu içindədir.

Nəşrə danışan bir iraqlı bildirib ki, qısa müddətdə kömək gəlməsə, bir-birimizin ətini yeyəcəyik: “Vəziyyət çox pisdir. Ən qısa zamanda yardım edilməsə, insan əti yeməyə məcbur olacağıq”.

Digər bir problem isə atışmalar zamanı ölənlərin cəsədlərinin basdırılmamasıdır. Buna səbəb qəbiristanlıqların İŞİD-in nəzarətində olmasıdır.

Tahrir Məhəlləsindəki bir kişi danışır: “Evimin önündə bir İŞİD-çi öldürülmüşdü. Üzərində o qədər partlayıcı və bomba var idi ki, qorxudan yaxınlaşa bilmədim. Cəsəd elə də qaldı. İtlər gəlib bir hissəsini yedi”.

50 yaşlı Firasın evinə bomba düşüb, nəticədə həyat yoldaşı və qızı həlak olub. O, məcburiyyət qalaraq cəsədləri evin bağçasında basdırıb.

Qeyd edək ki, Mosulda hələ də xilas edilməyi gözləyən 1 milyon insan var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm