Son yüz ilin ən şiddətli quraqlığı
Bizi izləyin

Dünya

Son yüz ilin ən şiddətli quraqlığı

Son yüz ilin ən şiddətli quraqlığı ilə üzləşən Boliviyanın bütün ərazisində fövqəladə vəziyyət reyimi elan olunub.

Publika.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar ölkə prezidenti Evo Moralisin iştirakı ilə Nazirlər Kabinetinin iclasında qəbul edilib. Prezidentin sözlərinə görə, hökumətə quraqlıqdan daha çox zərər çəkmiş regionlarda, o cümlədən ölkənin faktiki paytaxtı La-Pas şəhərində su doldurulmuş sisternlərin yerləşdirilməsi, su quyularının qazılması barədə göstəriş verilib.

ABİ agentliyinin yaydığı məlumata görə, dövlət başçısı göllərin vəziyyətini qiymətləndirmək, problemin mümkün həlli üsullarını öyrənmək məqsədilə yaxın saatlarda ölkə ərazisinə təyyarədən baxış keçirəcək.

Hakimiyyət orqanları bir qədər əvvəl məlumat verib ki, iyundan bəri təbii fəlakətdən zərər çəkmiş 125 min ailə yardım üçün müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm