Hindistan-Pakistan sərhədində atışma - Ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Hindistan-Pakistan sərhədində atışma - Ölən və yaralananlar var

Tərəflər həmişə olduğu kimi atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 6 hindistanlı hərbçi və 4 pakistanlı mülki şəxs həlak olub.

Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, Pakistan ordusu cavab atəşi açmağa məcbur olduğunu bildirib. İnsidentlə əlaqədar rəsmi Dehli hələ ki, hər hansı şərh verməyib. Bundan əvvəl “Hindustan Times” qəzeti noyabrın 20-ə keçən gecə Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş atışma nəticəsində 1 hərbçinin öldüyü, 3-ün isə yaralandığını bildirmişdi.

Qeyd edək ki, son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər həmişə olduğu kimi atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm