Yaponiyada güclü zəlzələ: İlk sunami sahillərə çatdı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Yaponiyada güclü zəlzələ: İlk sunami sahillərə çatdı (YENİLƏNİB)

Sunami sahillərə çatdı

Yaponiyada səhər saatlarında baş verən 7,3 ballıq zəlzələnin ardınca ilk sunami dalğaları Yaponiyanın şərq sahillərinə çatıb.

Fukuşima Nüvə Stansiyasının yaxınlığında sahillərə çatan sunaminin hündürlüyü 1, Fukuşima vilayətinin Onahama limanında 60 santimetr, Soma limanında isə 90 santimetr hündürlüyündən olması müəyyən edilib.

Amerikan Geologiya Təşkilatı 7,3 ballıq zəlzələdən sonra 5,4 və 4,8 bal gücündə daha iki zəlzələnin olduğunu açıqlayıb.

***

Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Fukusima prefekturasından yerləşib. Sunami təhlükəsi elan edilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Təbii fəlakətlə əlaqədar ümummilli xəbərdar etmə sistemi işə düşüb.

Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib. 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm