Tramp yüz günlük planlarını açıqladı - - VİDEO
Bizi izləyin

Dünya

Tramp yüz günlük planlarını açıqladı - - VİDEO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın islahatlar planının açıqlandığı videomüraciəti yayılıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın islahatlar planının açıqlandığı videomüraciəti yayılıb.

Publika.az xəbər verir ki, videomüraciətdə dövlət başçısı postunda ilk yüz, hətta “ilk gündə” həyata keçiriləcək planlar yer alıb.

Respublikaçının sözlərinə görə, islahatların həyata keçirilməsinin əsasında “İlk yerdə Amerika” prinsipi dayanır və Amerikanı yenidən böyük etməyə və orta sinfi dirçəltməyə kömək edəcək.

TPP-dan çıxış

Siyasətçi təsdiqləyib ki, ki, ABŞ-ın Trans-Sakit okean Tərəfdaşlığı (TPP) haqqında razılaşmadan çıxışına nail olmaq niyyətindədir.

“Bu, ölkəmiz üçün potensial faciədir. Biz bunun əvəzinə dürüst ikitərəfli ticarət sazişləri haqqında danışıqlar aparacağıq. Bu sazişlər Amerikaya iş yerləri və istehsalı geri qaytaracaq”, - Tramp bildirib.

TTP 2016-cı ilin fevralında Asiya-Sakit okeanı bölgəsinin 12 ölkəsi tərəfindən imzalanmış ticarət razılaşmasıdır. Tarif baryerlərinin azaldılması razılaşmanın hədəfidir. Sənədi ABŞ-dan başqa Kanada, Avstraliya, Yeni Zellandiya, Sinqapur, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru imzalayıb. Bir çox ekspertlər və siyasətçilər artıq xəbərdarlıq edirdilər ki, TTP ABŞ-ın iştirakı olmadan mənasını itirəcək.

Energetika

Tramp bildirib ki, karbohidrogenlərin istehsalına qoyulan məhdudiyyətləri ləğv edəcək: “Mən iş yerlərini öldürən məhdudiyyətləri ləğv edəcəyəm. Amerikada enerji sahəsində milyonlarla yüksək maaşlı iş yeri yaradacağam”.

ABŞ-ın indiki administrasiyası alternativ enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyini irəli sürərək ənənəvi enerji resurslarının hasilatında bir sıra məhdudiyyətlər tətbiq edib. Tramp dəfələrlə bildirib ki, belə siyasət amerikalıları iş yerlərindən məhrum edir.

Təhlükəsizlik

Yeni seçilmiş prezident həmçinin bildirib ki, hərbçilərin təhlükəsizliyi üçün "həyati əhəmiyyətli infrastruktur” təmin etməyə tapşıracaq. “Mən Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Birləşmiş qərargah rəislər komitəsindən kiberhücumlar və bütün başqa hücumlardan müdafiə üçün Amerikanın əhəmiyyətli infrastrukturunu hazırlamağı xahiş edəcəyəm”, - Tramp bildirib.

Amma o, plana nələrin daxil edildiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, Vaşinqton son illər Çin və Rusiyanı dəfələrlə ABŞ-a kiberhücumlarda ittiham edib. ABŞ Müdafiə Nazirliyinin strukturunda artıq xüsusi kiberkomandanlıq fəaliyyət göstərir.

Viza rejimi

Tramp söyləyib ki, miqrantlar tərəfindən bütün viza pozuntularının araşdırılmasını tələb edəcək.

“Mən Əmək Nazirliyinə viza proqramlarının bütün pozuntularını araşdırmağa icazə verəcəyəm. Bu pozuntular Amerika işçilərinin vəziyyətinə mənfi təsir edir”, - respublikaçı bildirib.

Siyasətçi seçkiqabağı kampaniyanın gedişatında ABŞ-ın miqrasiya qanunvericiliyini sərtləşdirməyə və qeyri-leqal miqrasiya ilə mübarizəyə ehtiyac olduğunu dilə gətirib. Bu, onun seçki proqramının əsas maddələrindən biri idi. O, xüsusi halda, cinayət törətmiş bütün qeyri-qanuni miqranları ölkədən göndərməyə və onların axtarışı üçün xüsusi bölmə yaratmağa söz verib. Amma onun seçkiqabağı kampaniyada səsləndirdiyi əsas tezislərindən biri – Meksika ilə sərhəddə divarın tikintisi videomüraciətdə yer almayıb.

"Bataqlığı qurutmaq"

Tramp vurğulayıb ki, rəsmi şəxslərin lobbi fəaliyyətinə məhdudiyyətləri daxil etmək niyyətindədir.

“Biz ABŞ administrasiyasından gedişindən sonra məmurların lobbiçilik fəaliyyətinə beşillik, bütün məmurlara isə başqa hökumətlərin adından lobbiçilik etməyə ömürlük qadağa tətbiq edəcəyik. Bu, planımızın bir hissəsidir”, - siyasətçi qeyd edib.

“Bataqlığı qurut!” şüarı Trampın seçkiqabağı kampaniyasında mühüm yer tutub. Bu, dövlət idarəçilik sistemində islahatların həyata keçirilməsini nəzərdə tutur.

Tramp videomüraciətin sonunda qeyd edib ki, yaxın günlərdə öz planları haqqında daha çox informasiya verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm