Kaliforniyadan müstəqillik tələbi: Supergüc parçalanır
Bizi izləyin

Dünya

Kaliforniyadan müstəqillik tələbi: Supergüc parçalanır

ABŞ-ın Kaliforniya ştatı müstəqil olmağa hazırlaşır.

ABŞ-ın Kaliforniya ştatı müstəqil olmağa hazırlaşır.

Publika.az
xəbər verir ki, “Yes California” hərəkatı ştatın müstəqilliyi üçün referendum keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Hərəkat bunu “Calexit: 2019-cu ildə Kaliforniyanın müstəqilliyi haqqında referendum” adlandırmağı tələb edirlər.

Kaliforniyada müstəqillik haqqında referenduma ciddi hazırlanırlar. Əgər bu tələb rəsmi qaydada qəbul olunarsa, fəallar referenduma dəstək olaraq imza toplamağa başlaya biləcəklər.

“The Los Angeles Times” nəşri yazır ki, “Yes California” hərəkatının artıq 13 min üzvü var.

Hərəkatın üzvləri ümid edirlər ki, referendumu 2019-cu il martın 13-də keçirmək mümkün olacaq. Referendumda ştat sakinləri güman ki, “Necə hesab edirsiniz, Kaliforniya müstəqil dövlət olmalıdır?” sualını cavablandıracaqlar.

Kaliforniyanın müstəqilliyi haqda referendum təşəbbüsünün 2017-ci ilin əvvəlində irəli sürülməsi gözlənilirdi. Lakin Donald Trampın prezident seçilməsindən sonra hərəkət bunu qabağa saldı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm