Prezidentin qızını gecə öldürüb basdırdılar - - VİDEO
Bizi izləyin

Dünya

Prezidentin qızını gecə öldürüb basdırdılar - - VİDEO

Kərimova noyabrın 5-də zəhərlənib və Daşkənddə “Minor” qəbiristanlığında dəfn olunub.

Özbəkistan mediasında mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın zəhərlənərək öldürüldüyü xəbərləri gündəmə gəlib.

Publika.az xəbər verir ki, “Mərkəz 1” saytı bu barədə Özbəkistanın Təhlükəsizlik Xidmətindəki anonim mənbəyə istinadən məlumat yayıb.

Mənbənin dediyinə görə, Kərimova noyabrın 5-də zəhərlənib və Daşkənddə “Minor” qəbiristanlığında dəfn olunub.

Sayt iddia edir ki, jurnalistə telefonla müsahibə verən təhlükəsizlik xidmətindəki mənbə şəxsən dəfndə iştirak edib.

Qeyd edək ki, indiyə qədər də İ.Kərimovanın öldürüldüyü xəbəri bir neçə dəfə gündəmə gəlib. Lakin təsdiqini tapmayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm