24 ibtidai sinif şagirdi yeməkxanada zəhərləndi
Bizi izləyin

Dünya

24 ibtidai sinif şagirdi yeməkxanada zəhərləndi

Uşaqlar məktəbin yemək otağında nahardan sonra kəskin qarın ağrıları və ürək bulanmasından şikayət ediblər.

Rusiyanın Perm vilayətinin Vereşaqino şəhərində 20-dən çox məktəbli "kəskin enterokolit" diaqnozuyla xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Federasiyası Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, regional prokurorluq faktla bağlı yoxlama təşkil edib. İlkin informasiyaya görə, uşaqlar məktəbin yemək otağında nahardan sonra kəskin qarın ağrıları və ürək bulanmasından şikayət ediblər.

Zəhərlənmə ilə əlaqədar Vereşaqino Mərkəzi Rayon Xəstəxanasına "kəskin enterokolit" diaqnozuyla 2-4-cü siniflərdə oxuyan 24 şagird yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Prokurorluq məktəbin qida məhsulları ilə təminatının "Vereşaqino Uşaq Qida kombinatı" tərəfindən həyata keçirildiyini müəyyənləşdirib. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm