Prezidentin ölümdən əvvəlki son dəqiqələri - - VİDEO
Bizi izləyin

Dünya

Prezidentin ölümdən əvvəlki son dəqiqələri - - VİDEO

Filmin yaradılması üzərində 3,5 ildən çox müddət ərzində onlarla ekspert işləyib.

Keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzadan əvvəlki uçuşunun son dəqiqələri film şəklində yenidən yayılıb.

Publika.az “Polşa Respublikasının prezidenti necə öldü?” filmi Antoni Masereviçin rəhbərliyi altında Tu-154M qəzasının səbəblərinin araşdırılması üzrə parlament qrupu tərəfindən yaradılıb.

Həmçinin qeyd edilir ki, filmin yaradılması üzərində 3,5 ildən çox müddət ərzində onlarla ekspert işləyib. Xüsusi halda, filmdə Tu-154M uçuşunu tənzim edən şəxslərdən alınan məlumatlar, həmçinin təyyarə qırıntılarının analizindən istifadə edilib.

“Bu, adi cizgi filmi deyil. Bu, 2010-cu il aprelin 10-da baş verən hadisələrin dəqiq yenidən qurulmasıdır və dəqiq faktlara əsaslanır. Bu film parlament qrupunun ekspertlərinin dördillik səylərinin nəticəsidir”, deyə Antoni Masereviç bildirib.

Polşanın keçmiş prezidenti və arvadının qalıqlarlarının ekpertizası davam edir. Bildirilir ki, Smolensk qəzası zamanı həlak olanların bədənlərinin məhkəmə-tibbi ekspertizalarının keçirilməsi haqqında Rusiya sənədlərinin 90 faizində səhvlər yer alıb.

Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə, prezident və xanımı da daxil olmaqla təyyarədəki 96 nəfər həlak olub. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi.

Ötən ilin dekabrında Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında bildirdi ki, Tu-154M təyyarəsi havada partladılıb. Onun sözlərinə görə, Polşa hökuməti bununla bağlı təkzibedilməz sübutlar əldə edib: “Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb”. – nazir müavini deyib.

Bu ilin sentyabrında isə Antoni Masereviç “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib ki, təyyarənin qəzası Moskvanın hədəfi idi.

“Rusiya dispetçerləri və hakimiyyətin hərəkətlərinin hədəfi prezident Kaçinski və bütöv nümayəndə heyətinin içində olduğu təyyarənin qəzası idi. Biz hazırda əsl sübutlara malikik. Onları Millerin (Smolensk qəzası ilə bağlı əvvəlki araşdırma komissiyası – red.) komissiyası gizlədirdi. Biz bu komissiyanın üzvlərinin dəhşətli etiraflarına malikik”, - Masereviç bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm