Dünya
“Ölüm robot”ları gün üzünə çıxdı – 25 il öncə baş tutmayan MÜHARİBƏ QAYIDIR
Kreml Polşa sərhədinə uzaqdan idarə olunan müharibə
robotu və robot tank yerləşdirir.
Publika.az xəbər verir ki, NATO-nun Rumıniya və Estoniya
sərhədlərinə hərbi qüvvə yığmaq qərarına qarşı Rusiya Kalininqrada
nüvə başlığı daşıyan raketlər yerləşdirdi. Bunun ardında da Polşa
ilə sərhəddə robot tanklar və “ölüm robotu” adlanan Platforma-M
robot texnikası yerləşdirmək qərarına gəlib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, robot tanklar 30 mm
2A72 avtomatik top, 7,62 mm pulemyot və 9M120 raketinə malikdir.
Robot tankın lazer işarələmə xüsusiyyətləri də var. Bu tanklar
digər tanklarla müqayisədə daha sürətlidir.
“Ölüm robotu” adlanan Platforma-M robot texnikası isə raket atmaq
imkanına malikdir. Həmçinin, kalaşnikov silahlarına da
sahibdir.
Qeyd edək ki, bu, “soyuq müharibə”dən sonra ilk dəfədir ki, NATO və
Rusiya bir-birinə qarşı bu qədər hərbi texnika toplayıb. “Soyuq
müharibə” II Dünya Müharibəsindən sonra başlayıb. Bu dövrdə ABŞ və
SSRİ güclü silahlanma ilə məşğul idi. Bu silahlanmanın sonu
müharibəyə səbəb ola bilərdi. Lakin 1990-cı illərdə SSRİ-nin
dağılmasından sonra "soyuq müharibə" başa çatdı.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!