İŞİD-in növbəti qurbanları - Kərbəla ziyarətindən qayıdanlar
Bizi izləyin

Dünya

İŞİD-in növbəti qurbanları - Kərbəla ziyarətindən qayıdanlar

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda baş verən güclü partlayış nəticəsində azı 80 nəfər həlak olub.

Publika.az xəbər verir ki, terror aktı Babil vilayətinin inzibati mərkəzi olan Əl-Xilla şəhərində törədilib. Terrorçu-kamikadze minalanmış yük maşınını yanacaqdoldurma məntəqəsində partladıb. Ölənlərin əksəriyyətinin Kərbəla ziyarətindən qayıdan iranlı zəvvarlar olduğu bildirilir.

Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm