Türkiyə əsgərlərinə növbəti hücum – 7 yaralı
Bizi izləyin

Dünya

Türkiyə əsgərlərinə növbəti hücum – 7 yaralı

Suriyanın şimalında “Fərat Qalxanı” hərəkatında iştirak edən türk əsgərlərinə növbəti hücum təşkil edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 7 əsgər yaralanıb.

Yaralı əsgərlər Kilis Dövlət Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, bu son bir gündə Suriyada türk əsgərlərinə edilən ikinci hücumdur. Ötən gecə Suriya ordusunun Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində 3 əsgər şəhid olub, 10-u yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm