Vaşinqtonda bu post uğrunda “müharibə” gedir
Bizi izləyin

Dünya

Vaşinqtonda bu post uğrunda “müharibə” gedir

Donald Trampın yaxın dairəsində dövlət katibi postuna namizədlik barədə fikir ayrılıqları var.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın dairəsində dövlət katibi postuna namizədlik barədə fikir ayrılıqları var.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi halda fikir ayrılıqları Massaçusets ştatının sabiq qubernatoru Mitt Romninin namizədliyi ilə bağlıdır.

Mitt Romni seçkiqabağı kampaniyanın gedişatında Trampı kəskin tənqid edib, onu “dələduz” və “fırıldaqçı” adlandırıb. Bundan başqa, Trampın yaxın dairəsi yeni prezident və Romninin mövqeyində olan ciddi fikir ayrılıqlarına, həmçinin Rusiya üzrə mövqeyindəki fərqliliyə diqqət yetirirlər.

Tramp seçki kampaniyasının gedişatında terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığı dəstəkləsə də, Romni Rusiyanı “Amerikanın bir nömrəli geosiyasi rəqibi” adlandırırdı.

Trampının yaxın köməkçisi Kellin Konvey “Twitter”də yazıb ki, mətbuat və xüsusi simaların Romni haqqında şərhlərini alır: “Trampın tərəfdarları xəbərdarlıq edirlər ki, Romni dövlət katibi postuna yaramır”.

Trampın daha bir tərəfdarı - Amerika Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç “Fox News” telekanalına bildirib ki, Trampin xarici siyasət üzrə baxışlarına uyğun olan 20 nəfərin adını açıqlaya bilər.

Dövlət katibi postuna ikinci ehtimal edilən namizəd Nyu-Yorkun keçmiş meri Rudi Culianidir. Amma KİV onun xarici siyasət fəaliyyəti sahəsində təcrübəsinin olmadığını və xarici hökumətlərlə düzgün münasibətləri qura bilməyəcəyini yazır.

Trampın qərargahından bildiriblər ki, Amerika administrasiyasındakı postlara yeni təyinatlar bu gün məlum olacaq. Tramp daha əvvəl isə ABŞ-ın gələcək administrasiyasında təyinatlar haqqında “Twitter”də yazıb: “Kim finalçı olacaq? Mən birini bilirəm”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm