Ərdoğanla Putin telefonla danışdı
Bizi izləyin

Dünya

Ərdoğanla Putin telefonla danışdı

Hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, tərəflər Suriya böhranının həlli məsələsini müzakirə ediblər.

Xəbərdə bildirilir ki, Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı" hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanı türk hərbçilərinin hücuma məruz qalması barədə rusiyalı həmkarını məlumatlandırıb.

Məlumata görə, hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm