Ərdoğan: "Ölüm cəzasını bərpa etməyə hazıram"
Bizi izləyin

Dünya

Ərdoğan: "Ölüm cəzasını bərpa etməyə hazıram"

Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölüm cəzasını bərpa etməyə hazır olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı İstanbulda baş tutan Nəcməddin Ərbakan adına Mərkəzin açılışında deyib.

R.T.Ərdoğan qeyd edib: "Xalqın ölüm cəzasının bərpasını istəyəcəyi və parlamentin qəbul edəcəyi təqdirdə, mən bu qərarı təsdiq etməyə hazıram".

Qeyd edək ki, Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm