Narkotiklər əleyhinə ƏMƏLİYYAT: 50-dən çox adam həbs edildi
Bizi izləyin

Dünya

Narkotiklər əleyhinə ƏMƏLİYYAT: 50-dən çox adam həbs edildi

Məlumata görə, saxlanılanlardan 54-ü əcnəbilərdir.

Yunanıstanın paytaxtı Afina şəhərinin müxtəlif rayonlarında narkotik ticarətçilərinə qarşı irimiqyaslı əməliyyat başlayıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

"CNN Greece"in məlumata görə, şəhərin mərkəzindəki əməliyyatın gedişi zamanı 50-dən çox adam həbs edilib. Xəbərdə həmçinin qeyd edilir ki, narkotiklərin satışını həyata keçirən böyük cinayətkar dəstə şəhərdəki ayrı-ayrı qruplarla əməkdaşlıq edib. Bununla bağlı təhqiqat 7 ay davam edib.

Yunanıstanın digər media orqanı isə əməliyyatın səhər saatlarında başladığını və 56 nəfərin həbs edildiyini bildirib. Məlumata görə, saxlanılanlardan 54-ü əcnəbilərdir.

Axtarışlar 25 evdə aparılıb və külli miqdarda narkotik, pul müsadirə edilib. Polis ətraflı məlumatın əməliyyatdan sonra veriləcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm