ABŞ Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxdı
Bizi izləyin

Dünya

ABŞ Fətullah Gülənin ekstradisiyasına dair sualları cavabsız buraxdı

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın sonunda ABŞ-a səfəri zamanı amerikalı həmkarı Loretta Linç ilə görüşərək, bu məsələni müzakirə edib

ABŞ-ın Ədliyyə Nazirliyi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş FETÖ rəhbəri Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası məsələsində hələ də sükut nümayiş etdirir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi və onun tabeliyindəki xüsusi qurum Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası ilə bağlı bu günə kimi hər hansı açıqlama yaymayıb. Nazirlik "Anadolu" agentliyinin bununla bağlı sorğusuna "Bu mövzu ilə bağlı şərh vermirik" cavabını verib. Bununla yanaşı, ABŞ-ın Xarici İşlər Nazirliyi də "Anadolu" agentliyinin mövzu ilə bağlı suallarına "Müsahibiniz Ədliyyə Nazirliyidir" – cavabını verərək, agentliyə sualları həmin quruma ünvanlamağı tövsiyə edib.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın sonunda ABŞ-a səfəri zamanı amerikalı həmkarı Loretta Linç ilə görüşərək, bu məsələni müzakirə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm