İŞİD-ə qoşulmaq istəyən iki azərbaycanlı tutuldu
Bizi izləyin

Dünya

İŞİD-ə qoşulmaq istəyən iki azərbaycanlı tutuldu

Tutulan şəxslər Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar.

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər tutulub.

“Milliyet” qəzeti xəbər verir ki, Türkiyə polisinin Qaziantep, Şanlıurfa və Aydında keçirdiyi əməliyyat nəticəsində tutulanlardan 12-ci Rusiya, 8-i Türkiyə vətəndaşı, 2-si azərbaycanlı, 2-si özbəkistanlı, 1-i isə tacikistanlıdır.

Tutulan şəxslərdən silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçə dildə yazılmış vərəqələr və narkotik götürülüb.

Onların hamısında saxta sənədlər olub.

Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm