Qız üstündə ATIŞMA: 2 ölü, 2 yaralı
Bizi izləyin

Dünya

Qız üstündə ATIŞMA: 2 ölü, 2 yaralı

Ukraynanın Zaporojye vilayətində erməni və gürcü gəncləri arasında atışma olub.

Publika.az xəbər verir ki, qız üstündə baş verdiyi ehtimal olunan atışma Melitopol şəhərindəki kafelərdən birində, gecə saatlarında baş verib.

Hadisə zamanı 24 yaşlı gürcü və 26 yaşlı erməni gənclər ölüb. Xəstəxanaya ağır vəziyyətdə çatdırılan daha 2 gəncin isə milliyyəti açıqlanmır.

Melitopol şəhər polisinin rəisi Viktor Olxovski isə hadisənin milli zəmində baş vermə ehtimalını inkar edib və qız üstündə baş verdiyini bildirib. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm