Dünya
Düşməndən acı etiraf: “Ermənistan üçün yalnız bu yol qalıb, əgər…”
Ermənistanın müxalifətçi “Respublika” Partiyasının sədri Aram Sarkisyan ölkəsinin “İrates-de facto” qəzetinə müsahibə verib.
Publika.az – ın verdiyi xəbərə görə, partiya sədri ölkədəki vəziyyət, Ermənistanın müstəqilliyinə olan təhlükəni və mümkün çıxış yolları barədə danışıb.
A.Sarkisyan qeyd edib ki, Gömrük Şurasının tərkibində olacaq bir ölkənin hakimiyyəti kənardan təyin olunacaq, ədalətli məhkəmə sistemi olmayacaq, korrupsiya hər gün artacaq və yoxsulluğun göstəricisi artacaq. Partiya sədri səxsiyyətlərdən heç nəyin asılı olmadığını deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hazırkı situasiyada iki əsas addım atmalıdır: “Birincisi, prezident İran prezidenti ilə görüşmək üçün Tehrana rəsmi səfər etməlidir. İkincisi, parlament əksəriyyətinə istinad edərək və türk tərəfinə manevr üçün imkan vermədən Sürix protokolları təsdiqləməlidir. Bundan sonra isə Ankara ya onları təsdiqləməli, ya da imzasından imtina etməlidir. İkinci halda isə Ankara beynəlxalq ictimaiyyətə izahat verməlidir”.
Dünyada Ermənistana bağqa bir dövlətin əlavəsi kimi baxıldığını deyən partiya sədri hesab edir ki, İrəvan maraqlarının müdafiəsinə əsaslanaraq təşəbbüslü siyasəti aparmalıdır.
O, ölkənin hazırkı çətin vəziyyətdən çıxarılması üçün İranla münasibətlərin böyük əhəmiyyət daşıdığını dilə gətirib : “İranın yeni hakimiyyəti də bunu istəyir. Əlverişli geosiyasi vəziyyət də buna imkan yaradır. İran-ABŞ münasibətlərində dəyişikliklər baş verir, faktiki olaraq beynəlxalq səhnədə İranın yeni status formalaşır. İrana tədricən Qərb partnyor kimi baxmağa başlayırlar. Xüsusilə, regionda İran və Türkiyə arasındakı rəqabəti, həmçinin Xəzər dənizinin yeraltı sərvətləri uğrunda İran-Azərbaycan qarşıdurmasını nəzərə almaq lazımdır. Nəzərə alsaq ki, İran-İraq-Suriya marşrutu da ən yaxın illərdə təhlükəli marşrut olaraq qalacaq, o halda İran üçün Ermənistan ən əlverişli tranzit ölkədir. Birmənalı şəkildə bundan istifadə etmək lazımdır. Yalnız bu yolla İran qaz kəmərinin tranziti hesabına qaz tariflərini azaltmaq və Ermənistanın təhlükəsizliyini təmin etmək olar. Ermənistan üçün yalnız bu yol qalıb. Ondan istifadə edilməyəcəyi halda Ermənistan regionun bütün iqtisadi və siyasi təşəbbüslərdən kənarda qalacaq, təcrid güclənəcək, müstəqilliyin itkisi dərinləşəcək”.
Ömər Dağlı
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT