Ən QORXUNC SSENARİ – Rusiya istədiyini alır
Bizi izləyin

Dünya

Ən QORXUNC SSENARİ – Rusiya istədiyini alır

Suriyanın rejim gücləri Hələb şəhərində müxalifət qüvvələri üzərində ciddi üstünlük əldə edib.

Suriyanın rejim gücləri Hələb şəhərində müxalifət qüvvələri üzərində ciddi üstünlük əldə edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, noyabrın 15-də əməliyyata başlayan rejim gücləri bu gün səhər saatlarında müxalifətin nəzarət etdiyi əraziləri iki hissəyə bölüb.

Müxaliflətin nəzarət etdiyi mövqelər şimal və cənub olmaq üzrə iki hissəyə ayrılıb. Əllərindəki ərazinin üçdə birini itirən müxalifət qüvvələri çox qorxunc bir ssenari ilə üz-üzədir.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı müxalifətin Hələbin şimali-şərqindəki bütün ərazini itirdiyini açıqlayıb. Bu, 2012-ci ildən bu yana şəhərin yarısını əlində saxlayan müxalifət üçün ən pis mənzərədir.

Suriya dövlət televiziyası səhər saatlarında qarşıdurmaların davam etdiyi Əl-Şükür səmtinin də rejim qüvvələri tərəfindən alındığını bildirib. Müxalifətin geri çəkilməsi nəticəsində minlərlə ailə hökumət qüvvələrindən qaçaraq şəhərin daxili rayonlarına axın edir.

Suriya və Rusiya aviasiyası hava hücumlarını genişləndirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə verdiyi açıqlamasında bildirib ki, hava hücumları davam edəcəyi halda Hələbin şərqindən heç nə qalmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm