Prezident parlamentə amnistiya haqqında qanun layihəsi göndərdi
Bizi izləyin

Dünya

Prezident parlamentə amnistiya haqqında qanun layihəsi göndərdi

Vətəndaşların ictimai cəhətdən zəif kateqoriyaları, həddi-buluğa çatmamış, hamilə qadınlar və həddi-buluğa çatmamış uşaqları olan qadınların cəzası bağışlanacaq.

Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar olaraq amnistiya haqqında qanun layihəsi parlamentə daxil olub.

Publika.az "Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nurdilda Oraz bildirib.

Qanun layihəsi parlamentə ölkə prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə daxil edilib. Layihəyə əsasən, vətəndaşların ictimai cəhətdən zəif kateqoriyaları, həddi-buluğa çatmamış, hamilə qadınlar və həddi-buluğa çatmamış uşaqları olan qadınların cəzası bağışlanacaq.

Eyni zamanda, qanun layihəsi ən təhlükəli cinayətləri törədən şəxslərin amnistiyasını qadağan edir.

Qazaxıstan dekabrın 16-da Müstəqillik Gününü qeyd edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm