Trampın siyasətinə qarşı çıxanlar həbs edildi
Bizi izləyin

Dünya

Trampın siyasətinə qarşı çıxanlar həbs edildi

ABŞ-da minimal əmək haqqının saatda 15 dollaradək artırılmasını tələb edən və yeni seçilmiş prezident Donald Trampın miqrasiya siyasətinə qarşı çıxış edən xeyli etirazçı həbs edilib.

Publika.az xəbər verir ki, saxlanılanların dəqiq sayı məlum deyil.

Məlumata görə, etirazçıların əksəriyyəti “McDonald's” korporasiyasının siyasətinə qarşı çıxış edib, lakin onların adıçəkilən restoranlar şəbəkəsinin əməkdaşı olub-olmaması barədə məlumat yoxdur. Etirazçıları həmçinin Çikaqo və Boston hava limanlarının işçiləri dəstəkləyib. Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı minimal əmək haqqının artırılmasının əleyhinə olduğunu bildirib.

Etiraz aksiyası Nyu-Yorkun Uoll-strit küçəsində yerləşən parkın ərazisində keçirilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm