İŞİD iki türk hərbçisini girov götürdü
Bizi izləyin

Dünya

İŞİD iki türk hərbçisini girov götürdü

İŞİD terror qruplaşmasının üzvləri Suriyada itkin düşən iki türk hərbçisini girov götürdüyünü elan edib.

Publika.az xəbər verir ki, bu barədə “SITE Intelligence Group” nəşri məlumat yayıb.

“İŞİD Hələb istiqamətindəki Əl-Bab şəhərinin şərqində yerləşən kənd yaxınlığında iki türk hərbçisini əsir götürdüyünü bildirib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərdə bildirilib ki, Türkiyə ordu komandanlığı Suriyada “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqəni itirib.

“15.30 radələrində “Ərəfat qaxanı” əməliyyatında iştirak edən hərbçilərdən ikisi ilə əlaqə kəsilib, onların axtarışı davam etdirilir”, - deyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm