Dünya
Bu gün ABŞ-ın yeni baş katibi bəlli olacaq
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp bu gün yeni dövlət katibinin adını açıqlayacaq.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romninin bu posta təyinatı daha çox ehtimal edilir.
Keçmiş qubernator Nyu-Yorkda Trampla nahardan sonra jurnalistlərə açıqlamasında onunla bağlı vəcdlə danışıb. “Siz görəcəksiniz ki, Amerika indiki yüzillikdə də dünyada liderlik etməyə davam edəcək”, - Mitt Romni bildirib.
Onun sözlərinə görə, naharın gedişatında məhz Trampın Amerikanı ən yaxşı gələcəyə apara biləcəyi barədə onda ümidlər artıb.
Xatırladaq ki, Romni seçkiqabağı kampaniyanın gedişatında Trampı “dələduz” və “fırıldaqçı” adlandırmışdı. Şayiələrə görə, Tramp Mitti Romnidən üzr istəməyi tələb edib. Çünki bu, keçmiş qubernatorun ABŞ dövlət katibi vəzifəsinə təyin edilməsi üçün şərt idi.
Trampın yaxın dairəsi yeni prezident və Romninin mövqeyində olan ciddi fikir ayrılıqlarına, həmçinin Rusiya üzrə mövqeyindəki fərqliliyə diqqət yetirirlər. Tramp seçki kampaniyasının gedişatında terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığı dəstəkləsə də, Romni Rusiyanı “Amerikanın bir nömrəli geosiyasi rəqibi” adlandırırdı.
Dövlət katibi postuna FTB-nin keçmiş direktoru Devid Petreus, Senatın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Bob Korker və Nyu-Yorkun keçmiş meri Rudi Culianin namizədliyi də nəzərdən keçirilir.
Ömər Dağlı
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov