Dünya
Kennedidən sonra ilk şans: Tramp “Azadlıq adası” ilə dost olacaqmı?
“Fidel Kastro ölümü ilə birlikdə onun tərəfindən yaradılmış cəza rejimi də keçmişə gedə bilər”.
Publika.az xəbər verir ki, bu haqda “Washington Post” nəşri yazıb.
Nəşr qeyd edir ki, bunun üçün ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp “soyuq müharibə” vaxtlarının siyasətinə qayıtmamalıdır.
“Kastro səhhətində olan problemlərə görə hakimiyyətindən gedəndən sonra ölkəni on ildən çoxdur ki, Raul Kastro idarə edir. Amma Fidelin bu dünyada olması Raula iqtisadi islahatlar həyata keçirməyə imkan verməyib”, - “Washington Post” yazıb.
Nəşr apreldə Raul Kastronun bir nitqində etdiyi zarafatı xatırladıb: “Raul “ABŞ-da iki partiya var, burada isə Fidel Kommunist Partiyası var. Onun necə istəyirsinizsə, adlandırın” dedi. Bu sözlərdə həqiqət çoxdur. Raul birpartiyalı ölkəsini Çin nümunəsi üzrə avtoritarizmə gətirib çıxarmağa çalışırdı. Fidel sovet imperiyasının kollapsından, SSRİ və Şərqi Avropanın dəstəyinin itkisindən sonra çətinliklər yaşadı. 1990-cı illərin ortalarında kubalılar aclıq çəkəndə dövlətə qarışı qiyamlar oldu. “El Comandante” (Fidel Kastro –red.) kənd təsərrüfatı və özəl sektora qoyulan məhdudiyyətlərin bir hissəsini ləğv etdi. Amma böhran yatan kimi şərtləri yenidən sərtləşdirdi”.
“Washington Post” bildirir ki, Venesuela lideri Uqo Çaves Kubanın xilasında böyük rol oynayırdı: “Çaves Kubanı neftlə təmin edirdi. Ancaq Çaves öldü, Venesuela iqtisadiyyatı çökdü və Kastro rejiminə yeni xilaskarlar lazım oldu. Raul Kastronun münasibətlərin normallaşması üzərində ABŞ prezidenti Barak Obama ilə işləmək arzusu da bunu göstərir. Kubanın dövlət liderləri hakimiyyətin ən əhəmiyyətli alətlərindən birini qurban verdi: Kuba üçün “təhdid” olan şimal qonşusu. Hətta ən qatı dissidentlər hesab edirlər ki, ABŞ-ın sərt siyasəti Kuba rejiminin nəinki zəifləməsinə, əksinə daha da möhkəmlənməsinə xidmət edir. Raul Kastronun ABŞ-la əməkdaşlığı təmin edərək iqtisadiyyatını qidalandırmağa ehtiyacı var. Amma bunun əvəzində bəzi şeyləri ödəmək lazımdır: azad bazarın inkişafını və internetə azad çıxışı təmin etmək, kubalılara smartfonlara malik olmağa icazə vermək. Bütün bunlar “əsl” kommunizmə qayıdışı qeyri-mümkün edəcək. Əgər ABŞ-ın yeni seçilən prezidenti “axmaqlıq və faciəvi səhv” etməsə, Fidelin ölümü adada vəziyyəti yaxşılaşdıra bilər. Kennedi administrasiyasından bu yana ilk dəfə Kubaya Amerika dəyərlərini gətirmək üçün şans var”.
Amerika nəşri qeyd edir ki, əgər Tramp ABŞ-ı düşmənçilik münasibətlərə qaytararsa, milyonlarla kubalını məyus edəcək və yalnız bir insana – Raul Kastroya kömək edəcək: “Raul Kastro “Qoliaf” Tramp qarşısında David rolunu müvəffəqiyyətlə yerinə yetirəcək”.
Ömər Dağlı
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO