Putin prezidentləri almaq üçün 100 milyard dollar xərcləyib – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Putin prezidentləri almaq üçün 100 milyard dollar xərcləyib – ŞOK İDDİA

“Kreml Qərb ölkələrinə qarşı “soyuq” deyil, əsl “isti” müharibələr aparır”.

“Kreml Qərb ölkələrinə qarşı “soyuq” deyil, əsl “isti” müharibələr aparır”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy “Apostrof” saytında yazıb.

“Son zamanlar, xüsusilə neftə qiymətlərin kəskin düşməsinə qədər Qərbdə təbliğat üçün böyük resurslar xərclənirdi. Rusiya ildə 100 milyard dollardan çox xərcləyirdi. Təbliğat kampaniyasına jurnalistlər, siyasətçilər və prezidentlərin alınması daxil idi”, - deyə Konstantin Borovoy qeyd edib.

Dövlət Dumasının keçmiş deputatının fikrincə, Qərb “soyuq müharibə” haqqında bəyanatlarla özünə təsəlli verir: “Hansı “soyuq müharibə?” Bu əsl “isti” müharibədir, yalnız müharibə alətləri - toplar yoxdur. Müharibənin müasir metodları informasiyalardır. Sadəcə anlamaq lazımdır ki, “Russia Today”, “Sputnik” və lobbi qrupları rəqibin ərazisində hərbi hərəkətlərin aparılması üçün istifadə olunan alətlərdir. Bu Qərb hələ anlamır. Bu proseslərin təhlükəsi Qərb tərəfindən çox yavaş dərk edilir”.

Onun sözlərinə görə, Ukraynada olan “ideoloji qarşıdurma” daha sonra silahlı qarşıdurmaya keçib. Müxalifət siyasətçisi eyni prosesin özünü Suriyada da göstərdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm