Kerri: “Obama ilə bu problemləri həll edə bilmədik”
Bizi izləyin

Dünya

Kerri: “Obama ilə bu problemləri həll edə bilmədik”

“Barak Obama dövründə bütün problemləri həll edə bilmədik, amma bunun üçün çalışdıq”.

“Barak Obama dövründə bütün problemləri həll edə bilmədik, amma bunun üçün çalışdıq”.

Bu sözləri 2017-ci ilin yanvarın 20-də vəzifə səlahiyyətləri başa çatan ABŞ-ın xarici işlər naziri Con Kerri Romada keçirilən Forumda çıxış edərkən deyib.

Kerri bu vəzifədə olduğu son günə qədər Suriyadakı qətliamın sona çatması üçün çalışacağını da bəyan edib: “Qəzetlərdə yazılanların əksinə olaraq mən bu yolu daha yaxşı görürəm. Dünya parçalanmır, əskinə birləşir”.

Kerri həmçinin İŞİD terror təşkilatının çökdürülməsi istiqamətində də işlərin uğurla yekunlaşacağına əmin olduğunu deyib. O Suriyada, İraqda eləcə də dünyanın digər müharibə zonalarında insanların daha təhlükəsiz şəraitdə yaşayacaqlarına inandığını dilə gətirib.

Kerri Hələbdən insanların çıxması üçün tərəflərin Cenevrədə görüşməsinin vacibliyini dilə gətirib.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm