• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Prezident seçkilərinin ilkin nəticələri bu gün elan ediləcək

  • Dünya
  • 5 Dekabr 2016 09:48
  • 525 Baxış
Prezident seçkilərinin ilkin nəticələri bu gün elan ediləcək

Özbəkistanda dekabrın 4-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələri bu gün elan olunacaq.

Publika.az xəbər verir ki, Özbəkistanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə 16,6 milyon seçici, yəni ümumi seçicilərin 81,3 faiz səs verib.

Təqribən 32 milyon əhalisi olan Özbəkistanda 21,5 milyona yaxın seçici qeydiyyatdan keçib. Prezident seçkiləri ilə əlaqədar Özbəkistanda 9 min 378, xaricdə isə 44 seçki qərargahı yaradılıb. Hələlik seçkilərlə bağlı ciddi qanun pozuntularının olmadığı deyilir.

Seçki Məcəlləsinin tələblərinə görə, prezident seçilmək üçün etibarlı səslərin ən azı 33 faizini qazanmaq lazımdır. Səslərin 50 faizini qazanan namizəd prezident seçildiyi təqdirdə isə ən çox səs qazanan iki namizəd isə seçkilərin növbəti turunda yarışmalı olacaq.

Qeyd edək ki, Özbəkistanın sabiq prezidenti İslam Kərimovun sentyabrın 2-də vəfat etməsindən sonra ölkədə keçirilən növbədənkənar prezident seçkilərində Milli Demokrat Partiyasının lideri Sarvar Atamuradov, “Ədalət” Sosial Demokrat Partiyası lideri Nariman Umarov, Xalq Demokrat Partiyasının lideri Hotamjon Ketmonov, Liberal Demokrat Partiyasının sədri və indiki Baş nazir Şövkət Mirziyoyev yarışırlar.

Seçkiləri 50-ə yaxın ölkədən, ATƏT, Dünya Seçki Orqanları Birliyindən, Şanxay Əməkdaşlıq Təşkilatından, İslam Əməkdaşlıq Təşkilatından və Müstəqil Dövlətlər Birliyindən olan ümumilikdə 600-dən çox beynəlxalq və 300-ə yaxın yerli müşahidəçi izləyir.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR