Vals prezidentliyə namizəd oldu
Bizi izləyin

Dünya

Vals prezidentliyə namizəd oldu

Fransanın hazırkı prezidenti Fransua Olland ötən həftə prezident seçkilərində iştirak etməyəcəyini bildirmişdi.

Fransanın baş naziri Manuel Vals 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə baş nazir özü məlumat verib.

Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək. Vals bəyan edib ki, seçkiqabağı kampaniyada iştirak etmək üçün dekabrın 6-da istefa ərizəsini Fransua Ollanda təqdim edəcək.

Qeyd edək ki, Fransanın hazırkı prezidenti Fransua Olland ötən həftə prezident seçkilərində iştirak etməyəcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm