Fətullah Gülənin öldürtdüyü jurnalistlə bağlı ŞOK DETALLAR
Bizi izləyin

Dünya

Fətullah Gülənin öldürtdüyü jurnalistlə bağlı ŞOK DETALLAR

Jurnalistin evinə gizli kamera yerləşdirilib və kompüterinə müdaxilə olunub.

Türkiyədə jurnalist Haydar Meriçin 2011-ci ildə öldürülməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, H.Meriç FETÖ lideri Fətullah Gülənin cinsi münasibətləri ilə bağlı kitab yazdığı üçün öldürülüb.

Məlumatlara görə, F.Gülən 1960-cı illərdə Kırklareli bölgəsində imamı olduğu məscidin tualetçisi ilə cinsi əlaqədə olub.

H. Meriçin bu iddiaların yer alacağı kitabının çap olunacağı haqda xəbərlər yayılandan sonra FETÖ üzvü olan polislər tərəfindən “terrorçu” damğası ilə axtarışa verilib.

Jurnalistin evinə gizli kamera yerləşdirilib və kompüterinə müdaxilə olunub. Daha sonra Kıyıköy limanında xarici ölkəyə mənsub gəmiyə mindirilərək qaçırılıb. Qaçırılmasından 18 gün sonra cəsədi dənizdə tapılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm