Dünya
Edvard Snouden yenə qalmaqal yaratdı: Britaniya kəşfiyyatı...
Böyük Britaniyanın Hökumət Rabitə İdarəsi (GCHQ) illərlə İsrail diplomatiyası və biznes dairələrinin nümayəndələrini izləyib.
Publika.az xəbər verir ki, bu haqda Fransanın “Le Monde” qəzeti bildirib.
Daha əvvəl sirr kimi saxlanılmış bu informasiya qəzetin “The Intercept” saytı ilə əməkdaşlığı nəticəsində dərc edilib. Bu saytda həmçinin Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snoudenin arxivləri saxlanılır.
“Britaniyalılar Yerusəlim və onun hüdudları xaricində İsrail diplomatlarını izləyirdilər. Həmçinin müdafiə sektoruna aid özəl firmalar, beynəlxalq əməkdaşlıqla məşğul olan dövlət orqanları və tədqiqat mərkəzləri Britaniya kəşfiyyatının hədəfi idi”, - nəşr yazıb.
Bildirilir ki, izləmənin hədəfi xüsusi halda İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Keniya və Nigeriyadakı səfirləri olurdu. “İsraillilərin strateji hesab etdiyi, həmçinin Böyük Britaniyanın keçmiş koloniyaları xüsusi hədəf idi”, - “Le Monde” qeyd edib.
Edvard Snouden 2013-cü ilin iyununda “Washington Post” və “Guardian” qəzetlərinə ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının internetdə izləmə proqramları haqqında bir sıra məxfi materiallar verib. O, Honkonqa, oradan Moskvaya gedib. Rusiya isə ABŞ-a qarşı öz fəaliyyətini dayandırmaq şərti ilə Snoudenə müvəqqəti sığınacaq verib.
Ömər Dağlı
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO