Lavrov NATO-nun vədini xatırlatdı: “Mixail Qorbaçov, Eduard Şevardnadze və...”
Bizi izləyin

Dünya

Lavrov NATO-nun vədini xatırlatdı: “Mixail Qorbaçov, Eduard Şevardnadze və...”

NATO Çernaqoriyanı sıralarına qatmaq istəyir.

Rusiyanın xarici işlər naziri Serger Lavrov Şimali Atlantika İttifaqının (NATO) şərqə doğru genişləndirilməməsi barədə Qərbin vədini xatırladıb.

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, Lavrov bu haqda ATƏT-ə üzv ölkələrdən olan həmkarları ilə görüşdə bildirib.

“Mən öz həmkarlarıma məxfilikdən çıxarılan sənədləri verdim. Helmut Kol (Almaniyanın keçmiş kansleri –red.) və Mixail Qorbaçov (SSRİ-nin son rəhbəri –red.) danışırdılar ki, NATO-nun Şərqə heç bir irəliləyişi olmayacaq və xüsusən NATO-nun hərbi infrastrukturu bizim ölkəmizin sərhədlərinə yaxınlaşmayacaq”, - Lavrov deyib.

O qeyd edib ki, danışıqlarda SSRİ prezidenti və Almaniya kanslerindən başqa SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze, onun Almaniyadan olan həmkarı Hans-Ditrix Qenşer, ABŞ-ın dövlət katibi Ceyms Beyker və Fransa prezidenti Fransua Mitteran iştirak edirdilər.

Rusiyalı nazir şikayətlənib ki, NATO ABŞ prezidenti Barak Obamanın mandatının sonuna qədər Çernaqoriyanı sıralarına qatmaq istəyir.

Oktyabrın 17-də Çernaqoriyanın baş naziri Milo Cukanoviç bildirib ki, onun ölkəsi bir neçə ay ərzində NATO-ya qoşulacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm