19 yaşlı oğlan və onunla qaçan iki uşaq anası güllələndi - TƏFƏRRÜAT
Bizi izləyin

Dünya

19 yaşlı oğlan və onunla qaçan iki uşaq anası güllələndi - TƏFƏRRÜAT

Telefona gələn cavabsız zənglər polisin diqqətini cəlb edib.

İstanbulda bir neçə ay öncə güllələnən 27 Yağmur Günəş və onun gənc sevgilisi 19 yaşlı Uğurcan Taşdəmirin qətlinin səbəbləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, Yağmur Günəşin telefonuna gələn cavabsız telefon zəngləri polisin diqqətini cəlb edib.

Tikinti fabrikində işləyən Yağmur Günəş iki uşaq anasıdır və ərindən boşanıb. Uğurcan Taşdemir isə subay oğlan olub.

Qətl hadisəsindən bir həftə öncə qoşulub qaçan sevgililərin izinə düşən Yağmur Günəşin əmisi oğlu C.G onların bu münasibətinə qarşı çıxıb.

C.G qoşulub qaçan əmisi qızına evinə dönməsi üçün zəng etsə də, ona cavab verilməyib. Günəşin izinə düşən C.G onu və sevgilisini qətlə yetirib.

Əvvəllər də məhkumluq həyatı yaşamış C.G cinayət törədəndən sonra gizlənib və onu 10 aydan sonra tapmaq mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm