Qorbaçovdan “Yeni SSRİ” XƏBƏRDARLIĞI: "Əvvəlki sərhədlərdə və həmin tərkiblə"
Bizi izləyin

Dünya

Qorbaçovdan “Yeni SSRİ” XƏBƏRDARLIĞI: "Əvvəlki sərhədlərdə və həmin tərkiblə"

Qorbaçov SSRİ-nin dağılmasına yenidənqurmanın səbəb olduğu barədə versiyanı qəti surətdə rədd edib.

Sovet İttifaqı çərçivəsində yeni İttifaq dövləti yarana bilər.

Publika.az xəbər verir ki, bunu SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov ittifaqın dağılmasının 25-ci ildönümü ilə bağlı SİTA agentliyinə müsahibəsində deyib.

“Hesab edirəm ki, yeni İttifaq yarana bilər. Könüllü şəkildə əvvəlki sərhədlərdə və həmin tərkiblə”, - deyə siyasətçi bildirib.

Sovet İttifaqının dağılmasından danışan Mixail Qorbaçovun fikrincə, Rusiya prezidenti Boris Yeltsin sadəcə onun rolunun əhəmiyyətli olduğunu anlamadı. Qorbaçov SSRİ-nin dağılmasına yenidənqurmanın səbəb olduğu barədə versiyanı qəti surətdə rədd edib.

“Belə düşünmək böyük tarixi səhv olardı. Yenidənqurma nəticəsində ölkə azadlıq və demokratiya yoluna qalxdı”, - siyasətçi vurğulayıb.

Qeyd edək ki, bu il SSRİ-nin dağılmasının 25 ili tamam oldu. 1991-ci dekabrın 8-də üç respublikanın liderlərinin - Belarus Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezidenti Leonid Kravçukun iştirakı ilə Belovejsk sazişi imzalandı. Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı.

Dekabrın 25-də isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov televiziya ilə istefası haqqında fərmanını oxudu – SSRİ tarixə döndü. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin fəaliyyətinə xitam verilməsi haqqında qətnamə qəbul etdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm