Ankarada şok yaradacaq: ABŞ PKK-ya zenit-raket kompleksi verdi
Bizi izləyin

Dünya

Ankarada şok yaradacaq: ABŞ PKK-ya zenit-raket kompleksi verdi

Vaşinqton prezident Barak Obamanın təsdiqini gözləmədən YPG-yə 7 vertolyot silah göndərib.

ABŞ Türkiyənin sərt etirazlarına baxmayaraq, PKK terror təşkilatını dəstəkləməkdə davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vaşinqton prezident Barak Obamanın təsdiqini gözləmədən YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) 7 vertolyot silah göndərib.

PYD-nin də daxil olduğu Suriya Demokratik Güclərindən (SDG) bir səlahiyyətli silahların YPG-nin nəzarətindəki Ayn İsaya endirildiyini bildirib. İŞİD-i SDG gücləri ilə məğlub etməyə çalışan ABŞ silah təchizatını Rakka əməliyyatının ikinci mərhələsi üçün edir.

SDG-li səlahiyyətli koalisiya ölkələrindən Rakka əməliyyatında istifadə edilməsi üçün müasir silahlar aldığını bildirib. Göndərilən silahlar arasında “Stinqer” Amerika daşınabilən zenit-raket kompleksi və zirehli texnikaya qarşı istifadə oluna raketlərin olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm